Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının 16-cı iclası keçiriləcək
“AzerGold” Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib
bp: “Qarabağ” yatağı üzrə yekun investisiya qərarı gələn ilin ortalarında verilə bilər
BCG: Azərbaycan data mərkəzləri üçün qlobal mərkəzə çevrilə bilər
Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin üçün Komissiya yaradılıb
09:53
637
Qlobal miqyasda təbii qaza tələbatın qarşıdakı onillikdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında XRG-nin Aktivlərin idarə olunması üzrə baş vitse-prezidenti Bassem Tadros deyib.
Onun sözlərinə görə, qaz bazarının uzunmüddətli perspektivləri ilə bağlı müxtəlif yanaşmalar olsa da, qlobal tələbatın artacağına dair ümumi konsensus mövcuddur.
B.Tadros bildirib ki, XRG məhz bu artan tələbatı qarşılamaq məqsədilə yaradılıb. O qeyd edib ki, şirkət 150 milyard ABŞ dolları həcmində enerji investisiya fondu kimi fəaliyyət göstərir və dünyada qaz layihələrinin inkişafına sərmayə yatırır.
“Biz maliyyə imkanlarını güclü texniki ekspertiza və hökumətlərarası tərəfdaşlıqlarla birləşdirərək beynəlxalq qaz layihələrinin həyata keçirilməsinə dəstək veririk”, – deyə o vurğulayıb.
XRG rəsmisinin sözlərinə görə, şirkət son bir il yarım ərzində Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə qaz layihələrində iştirakını genişləndirib.
O qeyd edib ki, XRG Azərbaycanda SOCAR ilə tərəfdaşlıq çərçivəsində “Abşeron” layihəsində iştirak edir, həmçinin Cənub Qaz Dəhlizində pay almaq barədə saziş imzalayıb.
“Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmək üçün müzakirələr aparırıq”, – deyə B.Tadros əlavə edib.
Onun sözlərinə görə, enerji layihələri, xüsusilə də sərhədlərarası layihələr mürəkkəb, kapit tutumlu və yüksək riskli olduğundan tərəfdaşlıqlar onların risklərinin azaldılmasında və daha sürətli icrasında mühüm rol oynayır.