Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının 16-cı iclası keçiriləcək
“AzerGold” Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib
bp: “Qarabağ” yatağı üzrə yekun investisiya qərarı gələn ilin ortalarında verilə bilər
BCG: Azərbaycan data mərkəzləri üçün qlobal mərkəzə çevrilə bilər
Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin üçün Komissiya yaradılıb
10:05
910
Azərbaycanla tərəfdaşlığımıza böyük dəyər veririk və davamlı, uzunmüddətli inkişaf naminə yeni imkanlar vasitəsilə bu əlaqələri daha da dərinləşdirməkdə maraqlıyıq.
"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən INPEX şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktor və Baş vitse-prezidenti Munehiro Hosono bildirib.
"Dialoqu və əməkdaşlığı davam etdirməyi, tərəfdaşlığımızın növbəti uğurlu mərhələsini birlikdə qurmağı səbirsizliklə gözləyirik", - Munehiro Hosono qeyd edib.
Onun sözlərinə görə, INPEX 2003-cü ildən etibarən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının tərəfdaşıdır və layihədə təxminən 10 faizlik paya malikdir. AÇG uzunmüddətli hasilat tarixinə malik, özünü doğrultmuş və etibarlı bir aktivdir.
Layihə daha yetkin inkişaf mərhələsinə keçdikcə, investisiya risklərinin idarə olunmasının və əməliyyat mükəmməlliyinin əhəmiyyəti daha da artır.
"INPEX AÇG layihəsində iştirak etməklə inkişaf edib və hesab edirik ki, bu tərəfdaşlıq davamlı inkişafa mühüm töhfə verməyə davam edəcək.
Bu layihə şirkətimiz üçün vacib aktiv olmaqla yanaşı, ən əsası SOCAR, AÇG tərəfdaşları və Azərbaycan hökuməti ilə qurulmuş uzunmüddətli etimadın təməlidir", - Munehiro Hosono vurğulayıb.
O bildirib ki, şirkət gələcəyə baxdıqda isə Azərbaycanı yalnız uzun tarixə malik aktivlər bazası kimi deyil, həm də böyük gələcək potensiala sahib ölkə kimi görür:
"Biz burada qaz yataqlarının inkişafı, dəniz layihələrinin icrası və karbonun tutulması, istifadəsi və saxlanılması, eləcə də digər aşağı karbonlu həllər sahəsində malik olduğumuz güclü təcrübədən istifadə etmək üçün geniş imkanlar görürük".
Munehiro Hosono əlavə edib ki, bu baxımdan, xüsusilə mövcud aktivlərin səmərəliliyinin artırılması və uzunmüddətli dayanıqlılığı təmin edən praktik həllərin tətbiqi istiqamətində yeni layihələrdə iştirak etməklə şirkətin fəaliyyətini genişləndirmək potensialı yüksək qiymətləndirilir.