GL Group: Azərbaycanda istismarda olan yetkin yataqlarda böyük potensial mövcuddur İqtisadiyyat

GL Group: Azərbaycanda istismarda olan yetkin yataqlarda böyük potensial mövcuddur

Azərbaycanda istismarda olan yetkin yataqlarda hələ də böyük potensial mövcuddur.

"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən "GL Group" şirkətinin Baş icraçı direktoru və Məşvərət şurasının sədri Asif Zeynalov bildirib.

"Müasir texnologiyaların tətbiqi, əməliyyat intizamının gücləndirilməsi, kapitalın səmərəli bölüşdürülməsi və təşkilati imkanların inkişaf etdirilməsi sayəsində bu potensialı üzə çıxarmaq mümkündür", - Asif Zeynalov qeyd edib.

Onun sözlərinə görə, şirkət Azərbaycanın perspektivlərinə böyük nikbinliklə yanaşır və bu gün burada olmaqdan məmnundur.

"Növbəti mərhələdə əlavə dəyər yaratmaq üçün fəaliyyətimizi daha peşəkar səviyyəyə yüksəldə bilərik. Buna isə yalnız birgə əməkdaşlıq yolu ilə nail olmaq mümkündür. Mən həqiqətən inanıram ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün çox böyük imkanlar mövcuddur" - Asif Zeynalov vurğulayıb.