Rövşən Rüstəmov: BTQ-nin modernləşdirmə layihəsi vaxtında və uğurla tamamlanıb
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınması məsələsinə aydınlıq gətirilib
Bu il əlilliyi olan 800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib
“Bu, Aİ daxilində müxtəlif statuslu üzvlük modelinin yaranmasına gətirib çıxara bilər”
12:21
616
ExxonMobil Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının işlənməsi imkanlarını araşdırır.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında ExxonMobil-in Qlobal Kəşfiyyat üzrə vitse-prezidenti John Ardill deyib.
Onun sözlərinə görə, şirkət Bakıda iştirakının əsas məqsədlərindən biri Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının potensialını müzakirə etməkdir.
“Bu gün burada olmağımızın səbəblərindən biri qeyri-ənənəvi resurslarla bağlı ideyaları müzakirə etməkdir. Bu resursların niyə vacib olduğunu və niyə Azərbaycan üçün maraqlı ola biləcəyini nəzərdən keçiririk”, – deyə o bildirib.
John Ardill qeyd edib ki, ABŞ-da üfüqi qazma və hidravlik layçatlatma texnologiyalarının tətbiqi nəticəsində ölkə son 20 ildə dünyanın ən böyük neft və qaz istehsalçısına çevrilib.
Onun sözlərinə görə, ExxonMobil qeyri-ənənəvi ehtiyatların işlənməsi sahəsində topladığı təcrübəni digər ölkələrdə də tətbiq etmək imkanlarını araşdırır.
“Bu texnologiyaları beynəlxalq bazarlara çıxararkən üç əsas amilə baxırıq: uyğun geoloji quruluş, kommersiya cəlbediciliyi və güclü tərəfdaşlıq modeli”, – deyə ExxonMobil rəsmisi vurğulayıb.
John Ardill əlavə edib ki, şirkət məhz bu yanaşma çərçivəsində Azərbaycandakı perspektivləri də qiymətləndirir.
13:25
259
13:24
280
12:20
609