Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır
ITFC: İndiyə qədər ümumilikdə 96 milyard dollarlıq maliyyələşdirmə həyata keçirmişik
Məhəmməd Safri Həmid: Qlobal sukuk bazarının 36%-ni təmsil edirik
CNN: ABŞ və İran arasındakı saziş qəsdən qeyri-müəyyən tərtib olunub
“Biz və bizim dağlar” abidəsinə istinad etmək sülh prosesinə xələl gətirir - MÖVQE
9 İyun 13:38
1 757
aliyyə sektorunda məlumatların əsas hissəsi strukturlaşdırılmış məlumatlardan ibarət olsa da, strukturlaşdırılmamış məlumatlar da mövcuddur. Bu məlumatların vahid mühitdə toplanması və idarə olunması üçün Data Lakehouse tipli həllərdən istifadə zəruridir.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Data Departamentinin Data mühəndisliyi şöbəsinin rəisi Mahir Quluzadə Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, süni intellektdən səmərəli istifadə üçün ən vacib təməl elementlərdən biri güclü Data Governance sisteminin qurulmasıdır:
"Bu, AI sistemlərinə mövcud məlumatların məzmununu və məntiqini daha düzgün anlamağa, həmin məlumatlardan effektiv istifadə etməyə imkan verir. Data Governance dedikdə isə yalnız idarəetmə mexanizmləri deyil, məlumatların mənşəyinin (data lineage) izlənilməsi və keyfiyyətinin təmin olunması da nəzərdə tutulur.
O qeyd edib ki, Mərkəzi Bankda da bu istiqamətdə mühüm layihələr həyata keçirilir. "Bildiyiniz kimi, 2026-cı ilədək Data Lakehouse-a keçid və Data Governance layihələrinin icrası nəzərdə tutulub. Hazırda bu istiqamətlər üzrə ciddi işlər aparılır və inanıram ki, strategiyamızın son ili olsa da, qarşıya qoyulan hədəflərə nail olacağıq.
O həmçinin əlavə edib ki, növbəti mərhələdə isə həmin infrastrukturun üzərinə AI layer-in, yəni MLOps imkanlarının əlavə olunması əsas prioritetlərdən biridir: "Bu istiqamətdə də artıq ayrıca strategiya formalaşdırılıb" - deyə o vurğulayıb.
11:19
420
11:17
448
10:44
721