Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
11 İyun 2019 17:08
1 372
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) iyunun 11-də keçirdiyi növbəti hərracda əmlakın start qiyməti 2 dəfə artıb. ƏMDK-dan bildirilib ki, hərraclar biznes mühitində olmaq istəyənlərə geniş imkanlar yaradır. Belə ki, özəlləşməyə müxtəlif çeşiddə və münasib qiymətə dövlət əmlakları çıxarılır. Bu isə hər bir sərmayəçinin biznes layihələrinə uyğun olaraq əmlak sahibi olmasına şərait yaradır. Belə üstünlüklərlə yanaşı, özəlləşmə prosesinin keçirildiyi məkana gəlməklə bağlı investorların zamanını planlaşdırmağa da ehtiyac qalmır. Belə ki, funksionallığı ilə seçilən elektron hərracın tətbiqi bu məsələni tam olaraq həll edib. Sistem məkan və zaman məfhumunu aradan qaldırıb.
Komitə tərəfindən bu gün keçirilən növbəti hərracda da investorlar belə üstünlüklərdən yararlanıblar. Hərraclara çıxarılan əmlakların əlverişli olması, iştirak prosedurlarının sadə olması sərmayəçilərin marağını artırıb. Özəlləşmə prosesinin sadalanan müsbət cəhətləri alıcıların sayını artırmaqla budəfəki hərracda da rəqabət yaradıb. Belə ki, Gəncə şəhərindəki “Xronika” kinoteatrına edilən təkliflər ard-arda səslənib. İlkin start qiyməti 77 min 500 manat olan bu əmlaka ən son 166 min 500 manat təklif edilib. İnvestor həmin obyektə kapital yatırmaqla xidmət sahəsində yaxşı gəlir əldə edə bilər. Həmin əmlakın ümumi faydalı sahəsi 143 kvadratmetr, torpaq sahəsi isə 1000 kvadratmetrə yaxındır. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Oxşar hal nəqliyyat vasitələrinin hərracında da müşahidə edilib. Belə ki, “VAZ-21041” markalı avtomobilin ilkin start qiyməti 2100 manat olmasına baxmayaraq, edilən təklif 3200 manatadək yüksəlib. İstehsal tarixi 2008-ci il olan digər “VAZ-21041” markalı avtomobil 2100 manat olsa da 3500 manata sahibini tapıb.
Budəfəki hərracda bir səhmdar cəmiyyəti, bir kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşən qeyri-yaşayış sahəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşir. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 70,1 kvadratmetr olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Sumqayıtda yerləşən ümumi faydalı sahəsi 25 kvadratmetrədək olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Özəlləşən səhmdar cəmiyyəti isə Zaqatala Sənaye Kombinatıdır. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
14 Noyabr 17:56
2 233
14 Noyabr 17:40
2 163
14 Noyabr 17:19
2 338