Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
13 İyun 2019 17:39
1 771
Gələcəkdə Azərbaycan “Rəqəmsal İpək Yolu” (“Digital Silk Way”) layihəsinin bir hissəsi olacaq. Bu barədə Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində keçirilən panel iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. O bildirib ki, hazırda məqsəd ətraf ölkələrin tranzit marşrutlarının, data marşrutlarının ölkəmizdən keçməsini və burada kəsişməsini təmin etməklə Azərbaycanı mərkəzi mübadilə mərkəzinə çevirməkdir.
“Digital Hub” layihəsi barədə danışan nazir müavini deyib ki, birinci fazada bütün layihələrin həyata keçirilməsi üçün əsas infrastrukturun qurulmasıdır. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində son illər bir sıra mühüm layihələr icra olunur. Hazırda Azərbaycanın regionun rəqəmsal məkəzinə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramının icrası davam edir. Bu proqramın əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin internetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, perspektivdə isə respublikamızın regionda internetin satışında mərkəzi ölkəyə çevrilərək rəqəmsal xidmətlər idxal edən tərəfdən “Made in Azerbaijan” brendi ilə bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır. Məqsəd həm Azərbaycanda bütün standartlara cavab verən yeni infrastrukturun qurulması, həm də bunun ətraf ölkələrdəki infrastrukturla kəsişməsini təmin etməkdir.
“Artıq işləra başlanıb və layihənin icrası davam edir. Hazırda “bag bone” infrastruktur dəmir yolunun kənarı ilə qorunan zolaqla inşa edilir. Paralel olaraq infrastruktur Xəzər dənizindən keçməklə Azərbaycan-Qazaxıstan, Azərbaycan-Türkmənistan istiqamətində də aparılır”, - deyə nazir müavini əlavə edib.
14 Noyabr 17:56
2 310
14 Noyabr 17:40
2 240
14 Noyabr 17:19
2 415