“Aztelekom” baza stansiyaları qurur İqtisadiyyat

“Aztelekom” baza stansiyaları qurur

“Aztelekom” LTE texnologiyasını Bakıətrafı kəndlərdə və uzaq dağ kəndlərində tətbiq etməklə əhalinin genişzolaqlı internetlə təminatını qısa müddətdə reallaşdırmaq niyyətindədir. Artıq bu məqsədlə baza stansiyaları qurulur. Bu barədə jurnalistlərə müsahibəsində “Aztelekom” MMC-nin texniki direktoru Zaman Verdiyev deyib.

Z.Verdiyev bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və tədbirlər planına uyğu olaraq, “Aztelekom” MMC sabit telefon və genişzolaqlı internet şəbəkəsini təkmilləşdirməkdə və genişləndirməkdə davam edir. Hədəfimiz Azərbaycanda sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin 2020-ci ildə 20 Mbit/saniyə səviyyəsinə çatdırmaqdır. Bu hədəfə çatmaq üçün müxtəlif texnologiyalardan - GPON, FTTX, LTE kimi yeni nəsil texnologiyalardan istifadə edilir. Tətbiq edilən texnologiyaların hər birinin öz üstünlükləri olsa da, simsiz rabitə növü olan sabit LTE (Fixed LTE) kabel çəkilməsi çətin və məsrəfli olan yerlərdə abunəçiləri qısa bir zamanda genişzolaqlı internetlə təmin etmək üçün əvəzedilməzdir.

“Aztelekom” da LTE texnologiyasını Bakıətrafı kəndlərdə və uzaq dağ kəndlərində tətbiq etməklə əhalinin genişzolaqlı internetlə təminatını qısa müddətdə reallaşdırmaq niyyətindədir. Artıq baza stansiyaları qurulur. Bununla da abunəçinin evinin çöl hissəsində qəbuledici avadanlıq quraşdırmaqla qısa müddətdə mənzilin daxilinə internet ötürmək mümkün olacaq. Bu da öz növbəsində imkan yaradır ki, abunəçilər internet xidməti ilə yanaşı, digər multimedia xidmətlərindən də istifadə etsinlər”, - deyə o əlavə edib.Z.Verdiyev vurğulayıb ki, baza stansiyasının əhatə dairəsindəki abunəçi sayından və ayrılmış tezlik zolağından asılı olaraq internetin sürəti 10-100 Mbit/saniyə arasında dəyişə bilər. O bildirib ki, sözügedən avadanlıqlar kifayət qədər maliyyə tələb edən və qərb istehsalıdır, qarşıya qoyulan hədəflərə çatmaq üçün uyğun texnologiyadır.