Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
2 Sentyabr 2019 17:49
2 989
“FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində eyni gündə Ağdaş və Bərdə rayonlarında yeni filiallarını açıb. İlk rəsmi açılış mərasimi Ağdaş rayonunda baş tutub və tədbirdə “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, təşkilatın işçi heyəti və müştərilər iştirak edib. Açılış mərasimində çıxış edən Timoti Tarrant deyib ki, “FINCA Azerbaijan”ın Ağdaş filialı yerləşmə baxımından bir çox rayonlara xidmət etmək imkanına sahibdir. Onun sözlərinə görə, Ağdaş filialı vasitəsilə Göyçay, Ucar, Yevlax, Qəbələ və Mingəçevirdə yaşayan kiçik biznes sahibləri FINCA-nın müxtəlif kredit məhsullarından faydalana biləcəklər.
“FINCA Azerbaijan”ın Ağdaş filialı rayon İcra Hakimiyyətinin binası yaxınlığında yerləşir. FINCA eyni gündə Bərdə filialının da rəsmi açılışını həyata keçirib. Açılış mərasimində çıxış edən Timoti Tarrant bunları deyib: “FINCA regionlarda kiçik sahibkarların maliyyəyə çıxış imkanlarını yaxşılaşdırılması istiqamətində regionlarda fəaliyyətini genişləndirməyə davam edir. Hesab edirik ki, bu filialımız Bərdə və bu regiona yaxın yerləşən ərazilərdəki müştərilərə daha məsuliyyətli maliyyə xidmətləri göstərilməsi işinə müsbət töhvə verəcəkdir”. Bərdə filialı rayonun Koroğlu küçəsində yerləşir. Bu filiala Bərdə, Ağdam və Tərtərdən olan kiçik sahibkarlar kredit üçün müraciət edə bilərlər. FINCA yaxın vaxtlarda Salyan, Lənkəran və Beyləqanda yeni filiallarının rəsmi açılışını həyata keçirməyi planlaşdırır.
“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Əlavə məlumat üçün www.finca.az saytını ziyarət edə bilərsiniz.
14 Noyabr 17:56
2 233
14 Noyabr 17:40
2 163
14 Noyabr 17:19
2 338