Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
24 İyul 2020 16:17
5 523
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması imkan verir ki, gündəlik neft istehsalı 2 il ərzində bazardakı vəziyyətə görə tənzimlənsin.
Energetika Nazirliyindən verilən məlumata görə, bunu Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində "Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu" mövzusunda çıxış edərək deyib.
Onun sözlərinə görə, proqnozlara əsasən, artıq III rübdən neftə tələbin təklifi üstələyəcəyi və 3,9 mln. barel defisitin yaranacağı gözlənilir.
"İlin ikinci yarısından neftə tələbatda gözlənilən artımla əlaqədar bazarın balanslaşdırması məqsədilə avqustun 1-dən ixtisarların 7,7 mln. barelədək yumşaldılması fazasına daxil oluruq. Təklifin birinci rübdəki 100 mln. bareldən üçüncü rübdə 88,3 mln barelədək azalması ilə bağlı nikbin proqnozlar belə deməyə əsas verir ki, "OPEC+"ın təklifin tənzimlənməsi siyasəti özünü doğruldur. Bununla belə pandemiya davam edir və dünya iqtisadiyyatı bərpa olunanadək neft bazarını əsasən format çərçivəsindəki fəaliyyətimiz balanslaşdıracaq", - deyə, nazir vurğulayıb.
14 Noyabr 17:56
2 212
14 Noyabr 17:40
2 142
14 Noyabr 17:19
2 317