Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
3 İyun 2021 11:44
6 125
Ukraynanın 650-dən çox şirkətini özündə birləşdirən “Reputasiya fəalları” reytinq təşkilatı 2020-ci ilin nəticələrini elan edib. SOCAR “Neft məhsulları riteyli” kateqoriyasında ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub.
SOCAR-dan verilən məlumata görə, şirkət növbəti uğurunu yanacağın istehlakçılar və ekspertlər tərəfindən bəyənilən keyfiyyəti, innovasiya və xidmət səviyyəsi, həmçinin Milli Opera və balet teatrı qarşısında fəvvarənin yenidən qurulması, yerli polisin “Təhlükəsizlik kəmərlərini bağlayın və qorxmayın!” təşəbbüsünə dəstək və COVİD-19 əleyhinə tədbirlər kimi sosial layihələri sayəsində qazanıb.
2015-ci ildə yaradılmış “Reputasiya fəalları” hazırda Ukraynanın ən nüfuzlu reytinq təşkilatlarından biridir, 45 nominasiya üzrə reytinq cədvəlini müəyyənləşdirir. Reytinq səviyyəsi müstəqil ekspertlər tərəfindən 5 meyar üzrə müəyyən edilir və şirkətin reputasiya sabitliyini, imic kapitalını, korporativ sosial məsuliyyətini, media fəallığını, innovativ yanaşmasını və böhrana qarşı dayanıqlılığını əks etdirir.
"SOCAR Energy Ukrayna" şirkətinin əsas fəaliyyəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etməkdir. Ukraynanın Odessa, Nikolayev bölgələrində və paytaxt Kiyevdə "SOCAR Energy Ukrayna"ya məxsus 61 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
14 Noyabr 17:56
2 289
14 Noyabr 17:40
2 212
14 Noyabr 17:19
2 387