11 Fevral 2022 21:27
4 767
2022-ci ilin yanvarında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,58 milyon barel/sutka təşkil edib.
Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.
Bu göstərici ötən ilin dekabr ayında 0,6 milyon barel/sutkaya bərabər idi.
Qeyd olunub ki, yanvar ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 241 faiz yerinə yetirib: "2021-ci il dekabr və 2022-ci il yanvar ayları üzrə hədəf göstərici 0,65 milyon barel/sutka və 0,66 milyon barel/sutka müəyyən edilib".
Qeyd edək ki, OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən, Azərbaycanın fevral ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 50 min barel, gündəlik hasilat isə sutkada 7 min barel artırılaraq 675 min barel/sutka təşkil etməlidir.
19 Mart 17:53
4 172
19 Mart 16:15
2 450
19 Mart 13:47
2 611