“Bu işğaldan azad edilən ərazilərin əsl sahibinə qayıtdığını dünya miqyasında elan etmək üçün əvəzsiz fürsətdir” Siyasət

“Bu işğaldan azad edilən ərazilərin əsl sahibinə qayıtdığını dünya miqyasında elan etmək üçün əvəzsiz fürsətdir”

“Dünya Azərbaycanlılarının V Qurultayının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi tarixi hadisədir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki, Şuşa Azərbaycan üçün istər mənəvi, istərsə də mədəni baxımdan mühüm bir şəhərdir: “Bu şəhərin işğal prosesi dövründə artan dəyəri, simvolik mənasıbu gün də özünü göstərir.

Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspornümayəndəsinin iştirakı gözlənilir. Bundan başqa lobbifəaliyyəti ilə məşğul olan şəxslər dəvət olunub. Buişğaldan azad edilən ərazilərin əsl sahibinə qayıtdığınıdünya miqyasında elan etmək üçün əvəzsiz fürsətdir. Qələbəni qazanmaq hələ prosesin sonu demək deyil. Bu qələbəni dünya miqyasında tanıtmaq lazımdır. Təəssüf ki, biz öz əzəli torpaqlarımızın işğaldan azadedilməsini belə tanıtmaq məcburiyyətindəyik. Bu günbu bizim üçün məcburiyyət olsa da gələcəkdə prosesinyenidən alovlanmaması üçün vacib bir məqamdır.

Hesab edirəm Azərbaycan diaspor və lobbi fəaliyyəti baxımından Ermənistanla rəqabətdə geridə qalır və buməsələnin həlli bizim üçün çox vacibdir.

Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayandiasporumuzun Qarabağın azad edilməsindən sonra ilkböyük görüşü olacaq. Hesab edirəm bu fürsətdən düzgün istifadə etmək lazımdır.

Bu gün xaricdə “erməni havadarları” adlandırdığımız şəxslər erməniləri qoruyurlar. Bir çox ölkələrdə erməni maliyyəsi, lobbi və diasporunun ayırdığı maliyyə hesabına konqresmenlər, senatorlar, deputatlar seçilirvə ermənilər bu şəxslərdən istifadə edərək, həmin ölkənin siyasətində öz təbliğatlarını aparırlar. Hesabedirəm ki, bu məsələdə Azərbaycan tərəfi də fəaliyyətini artırmalı, lobbi, diaspor quruculuğuişlərində ciddi işlər görülməlidir”.

Əli Zülfüqaroğlu