SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
8 İyul 2022 12:19
5 383
Milli Məclis Rusiya ilə müqaviləni təsdiq edib.
Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müqavilə haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsini sədri Musa Quliyev bildirib ki, yeni təsdiq edilən müqaviləyə əsasən, həm Azərbaycan, həm də Rusiya tərəfdəki pensiya stajları toplanacaq və bu, vətəndaşlarımızın pensiyasının artımına da səbəb olacaq: “Yəni proporsional şəkildə, hansı ölkədə neçə il əmək stajı olubsa, o ölkələr də buna uyğun ona pensiya ödənilməsində iştirak edəcəklər. Tutaq ki, Azərbaycan vətəndaşının 30 il stajı var, 20 il stajı Azərbaycanda, 10 ili də Rusiyada qazanıb, onun pensiyasının 1/3-i artıq Rusiya tərəfindən ödəniləcək”.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
3 Aprel 20:45
1 176
3 Aprel 17:42
1 169
3 Aprel 16:42
1 267