Prezident Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanını qəbul edib Siyasət

Prezident Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 14-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib.
Azərbaycanla Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayan prezident İlham Əliyevölkələrimizin yaxın tərəfdaş və müttəfiq dövlətlər olduğunu, xalqlarımızın bir-birinə qardaşlıq münasibəti bəslədiyini deyib.
Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan prezident İlham Əliyevbu sahədə əməkdaşlığın ikitərəfli münasibətlərin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahın səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah Pakistanla Azərbaycan arasında ikitərəfli əlaqələrin tarixi, dini və mədəni köklərə malik olduğunu xüsusi vurğulayaraq, xalqlarımızın münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.