Husilər Səudiyyə Ərəbistanındakı aviabazaya zərbələr endirdiklərini bildiriblər
Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək
Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
16 İyun 2023 11:24
2 583
“Bu gün bizim İran, Gürcüstan, Rusiya ilə quru sərhədlərimiz bağlı, amma Ermənistanla quru sərhədimiz açıqdır. Bu, Prezidentin böyük humanist addımıdır. Ermənistan bunu qiymətləndirə bilmir. Xüsusən onun havadarları, İran bölgəni qarışdırmaq istəyir. Bu gün Azərbaycan Ermənistan vətəndaşlarının sərbəst hərəkətinə icazə verir, Ermənistan bunu anlamır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib. M.Qasımlı bildirib ki, bu gün Azərbaycan hərbçisinə, sərhədçisinə atəş açan şəxs dərhal məhv edilməlidir: “Biz sərhədlərimizdən qanunsuz bir quşun belə uçmasına icazə verməməliyik. Bu gün beynəlxalq təşkilatlar Laçın sərhəd buraxılış məntəqəsində baş verənlərə münasibət bildirməli, Ermənistana yerini göstərməlidir. Sərhəddə baş verənlərə görə bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üstünə düşür”.
12:28
623
12:28
518
12:07
518