Almaniya Bundestaqın “soyqırımı” qətnaməsini tanımayacaq Siyasət

Almaniya Bundestaqın “soyqırımı” qətnaməsini tanımayacaq

Almaniya hökuməti Bundestaqın qəbul etdiyi qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməni tanımaq niyyətində deyil.
Bu barədə Almaniyanın "Der Spiegel" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin iddiasına görə, hökumətin rəsmi nümayəndəsi Şteffan Zaybert yaxın vaxtlarda xüsusi bəyanatla çıxış edərək bildirəcək ki, parlament tərəfindən qəbul edilən qətnamə hökumət üçün məcburi xarakterə malik deyil və Bundestaqın hüquqi qiymətə malik olmayan siyasi bəyanatıdır.
Almaniya hökuməti hesab edir ki, buna cavab olaraq Türkiyə hökuməti alman deputatların "İncirlik" hərbi bazasına daxil olmasına razı olacaq.
Qeyd edək ki, iyunun 2-də Almaniya Bundestaqı qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul edib. Qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır.