“Türkiyə xaricdəki diaspora təşkilatları ilə bağlı ciddi ölçü götürməlidir” Siyasət

“Türkiyə xaricdəki diaspora təşkilatları ilə bağlı ciddi ölçü götürməlidir”

Rəşad Quliyev: "Almaniyadakı türk təşkilatlarının fəaliyyəti dini təbliğata yönəlib"


Türkiyənin yerlışdiyi regionda söz sahibinə çevrilməsi, bu inkişaf tendensiyasının müsbətə doğru hərəkət edərək artıq dünya miqyasında da özünü göstərməsi beynəlxalq gücləri davamlı olaraq narahat etməkdədir. Elə bu səbəbdəndir ki, Azərbaycan kimi Türkiyəyə qarşı da müntəzəm olaraq çirkin oyunlar oynanılır, onun malik olduğu siyasi və iqtisadi gücünün zəiflədilməsinə səy göstərilir. Müşahidə edilən tendenaiys ondan ibarətdir ki, Türkiyəni zəiflətmək, onu nüfuzdan salmaq, Qərb, Avropadan asılı vəziyyətə düşürmək üçün bütün imkanlardan istifadə edilir. Siyasi təzyiq vasitəsindən tutmuş insani cinayətlər, terror aktlarına qədər hər bir üsul və vasitədən istifadə edilir ki, Türkiyə sarsılsın, bu ölkədə siyasi sabitsizlik yaransın və nəticə etibarilə iqtisadi cəhətdən geriləsin.
Avropa və Qərbdən Türkiyəyə qarşı artan siyasi təzyiqlərin fonunda bir mənfi məqam da müşahidə edilməkdədir. Bu da Türk diasporunun rəsmi Anklaraya qarşı artan təzyiqlərə səssis qalmasıdır. Yalnız məhdud sayda Türk diaspor təşkilatları və cəmiyyətləri hərdən Ankaraya qarşı yönəlik haqsızlığa cavab olaraq aksiya keçirir, etiraz formalarından istifadə edirlər. Yaxın bir neçə ay əvvəl Almaniya Bundestaqının qondarma erməni soyqırımı ilə bağlı qərar qəbul etməsi fonunda da Türk diaspor təşkilatlarının qeyri-aktivliyi özünü büruzə verdi. Düzdür, Türk diaspor təşkilatları qondarma qərara qarşı eriraz aksiyaları keçirsə də, lakin ortaya qoyulan güc, potensial qüvvə bədnam qərarın ləğv edilməsinə gətirib çıxara bilmədi. Baxmayaraq ki, Almaniya dünyada türklərin ən çox məskunlaşdığı ölkələrdən birincisidir. Maraqlısı odur ki, Türkiyə dövləti də zaman-zaman Almaniyadakı türklərin, onların təşkilatlarının daha aktiv fəaliyyət göstərməsi, siyasi proseslərə təsir dairələrinin artması istiqamətində lazımı dəstəyi verir.
Almaniyada yaşayan soydaşımız, Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Təşəbbüs Qrupunun rəhbəri Rəşad Quliyev də bu qənaətdədir. Onun szlərinə görə, Almaniyanın demək olar ki, hər şəhərində 2, 3, 4 mətəbəli ofislərin fəaliyyət göstərdiyi, hər cür imkanlarla təhçiz olunmuş, ətrafında geniş iş adamı çevrəsi olan, beləliklə maddi problem yaşamayan türkiyəli soydaşlarımıza məxsus təşkilatlar fəaliyyət göstərir: DAA Təşəbbüs Qrupunun rəhbəri bildirir ki, bundan başqa federasiyalar, kültür mərkəzləri, dini qurumları və s. bu sıraya aid etmək olar: "Heç birisinin Alman siyasətinə ciddi təsir etmək imkanları yoxdur. Bütün bu təşkilatların fəaliyyəti istiqamətlənib yalnız dini təbliğata, quran kursları, ərəb dili öyrətməyə və s. Hər hansı bir konfrans da təşkil olunduğu zaman Türkiyədə təcrübəli, məlumatlı siyasətçi gələr, danışar və gedər. Bir sözlə demək olar ki, bu təşkiltların fəaliyyətində heç bir effekt hiss etmək olmur. Həmin təşkilatlar yerli mətbuata çıxa bilmir, onların hüquqi mübarizə aparmaq imkanları məhdudur. Siyasi partiyalara təsir etmək mexanizmi demək olar ki, yox səviyyəsindədir". Rəşad Quliyev bildirib ki, Avropa Birliyinin rəsmi qurumlarının PKK-nın terror təşkilatı kimi tanınması ilə bağlı konkret və yekdil qərarı var: "Bu da o deməkdir ki, bu təşkilata aid heç bir bayraq, işarət, şüar, plakat istifadə oluna bilməz. Ancaq nə yazıq ki, bu günlərdə Səlahəddin Dəmirtaşın Almaniyada keçirdiyi aksiyada bu özünü büruzə verdi". DAA-nın Təşəbbüs Qrupunun rəhbəri deyib ki, bu Almaniya kimi demokratik və hüquqi bir cəmiyyətdə yolverilməzdir: "Bu qədər türkiyəli hüquqşünas, vəkil fəaliyyət göstərməsinə baxmayaraq heç birisinin səsi çıxmır. Sonra da deyəcəyik ki, bəli Almaniya türkləri və müsəlmanları sevmir. Ona görə belə olur. Birdəfəlik bilmək lazımdır ki, bu təbliğat kökündən yalnışdır. Kimsə məni sevməyə bilər, amma hüquqi cəmiyyətdə mənim ölkəmə, xalqıma böhtan atıldığı zaman, açıq-aşkar terrorizmə dəstək nümayiş olunduğu zaman azad və heç bir göstəriş yerinə yetirməyən müstəqil Alman məhkəməsi ilə mən onları susduraram". Rəşad Quliyevin sözlərinə görə, Türkiyə xaricdəki diaspora təşkilatları ilə bağlı ciddi ölçü götürməlidir. O, bildirib ki, birinci növbədə terrorizmə açıq dəstək verdiyi üçün Səlahəddin Dəmirtaş həbs edilməlidir: "İkincisi, Almaniyada, ümumiyyətlə Avropada fəaliyyət göstərən ictimai təşkiltlara ictimai fəaliyyətinin təşkili, hüquqi mübarizə anlayışı və s. bucür mövzularda seminarlar verilməli, təşkilatların əslində necə fəaliyyət göstərmələri haqqında bu qurumlarla iş aparılmalıdır. Əks halda bütün Avropanın siyasi və hüquqi sferasında məğlubiyyətə məhkumuq".