“Fransa bu xalqları öz müstəmləkə siyasəti ilə məhv edir”-Mübariz Göyüşlü Siyasət

“Fransa bu xalqları öz müstəmləkə siyasəti ilə məhv edir”-Mübariz Göyüşlü

“Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirin çox böyük əhəmiyyəti var. Azərbaycan artıq qlobal miqyasda problemlərlə ciddi şəkildə məşğul olmaqdadır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. O, bildirib ki, neomüstəmləkəçilik, Fransanın yürütdüyü bu siyasət XXI əsrin ən dəhşətli hadisələrindəndir: “Azərbaycan Fransanın müstəmləkəsi altında olan xalqların, dövlətlərin - Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarının azadlığı üçün yaratdığı təşəbbüs qrupunu genişləndirməkdə və beynəlxalq ictimaiyyətin dəstəyini əldə etməkdədir.
Fransa bu xalqları öz müstəmləkə siyasəti ilə məhv edir, var-dövlətini, təbii sərvətlərini talan edir. Demokratiyadan, insan hüquqlarından danışan Fransa dövləti bu xalqların elementar hüquqlarını əlindən alıb, onları qul kimi istismar edir.
ATƏT-in, Qoşulmama Hərəkatının, Türk Dövlətləri Təşkilatının və digər qurumların bu istiqamətdə çalışmalarına nail olmaq lazımdır. Həmin qurumları, beynəlxalq ictimaiyyəti amansız farnsız müstəmləkəçiliyinə, onun ağır nəticələrinə cəlb etmək vacibdir.
Bu baxımdan Bakı Təşəbbüs Qrupunun yaradılmasını, onun çalışmalarını, keçiridikləri beynəlxalq tədbirləri önəmli sayıram. Bu çalışmaların müstəmləkəçiliyə, onun hər cür təzahürlərinə son qoyacağına inanıram”.

Əli