Bizi sakitləşdirmək istəyirlər Siyasət

Bizi sakitləşdirmək istəyirlər

BAXCP sədri: "Uorlikin təkliflərində problemin Azərbaycanin ərazi bütovlüyü çərçivəsində həllinə dair muddəa nəzərdə tutulmayib"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təkliflərinə münasibət bildirib. Partiyanın mətbuat xidmətinə açıqlamasında BAXCP sədri bildirib ki, Uorlikin Karnegi fondunda verdiyi təkliflər problemin ədalətli və beynəlxalq hüquqa söykənən həllinə xidmət etmir: "Verilən təkliflərdə problemin Azərbaycanin ərazi bütovlüyü çərçivəsində həllinə dair muddəa nəzərdə tutulmayib. Bu isə ABŞ-ın ermənipərəst və ikili standartlar siyasətindən xəbər verir. ABŞ-dakı erməni diasporunun hay-kuyu isə riyakarlıqdan basqa bir şey deyil. Onlar hər zaman daha maksimalist mövqe sərgiləyir və bu yolla vasitəcilərə təzyiq edir, dolayısı ilə bizi sakitləşdirmək istəyirlər".