10:15
161
İran ABŞ-nin İslam Respublikasının mülki infrastrukturuna münasibətdə rəhbər tutduğu məntiqi tətbiq edərək, Amerika və İsrail bazalarının yaxınlığındakı istənilən bənd, liman və elektrik stansiyasını hərbi hədəf hesab edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqir Qalibaf "The New York Times" qəzetinin məqaləsini şərh edərkən bildirib.
"Yeni qayda: Amerika və ya İsrail bazasının yaxınlığındakı istənilən bənd, liman və ya elektrik stansiyası ikili təyinatlı obyektdir. Sizin məntiqinizi ardıcıl və qərəzsiz şəkildə tətbiq edəcəyik", – deyə o, "X" sosial şəbəkəsində yazıb və ABŞ-ni İranın mülki infrastrukturuna zərbələrin "növbəti raundunu" hazırlamaqda ittiham edib.
Xatırladaq ki, bazar ertəsi "The New York Times" qəzeti ekspertlərə istinadən məlumat yayıb ki, İranın şaxələnmiş bənd və su kəmərləri şəbəkəsi qismən yeraltı raket bazalarının təminatı üçün tikilmiş ola bilər. Nəşr qeyd edib ki, bu obyektlərin yerləşməsi ABŞ və İsrailin bu il zərbələr endirdiyi rayonlarla üst-üstə düşür.
Məryəm Quliyeva