Roma Papasının üzünə təsbeh atılıb Dünya

Roma Papasının üzünə təsbeh atılıb

Roma Papası XIV Leo Peruya səfəri çərçivəsində Limada keçirilən sonuncu ayindən əvvəl papamobillə hərəkət edərkən izdihamdan atılan kiçik təsbeh üzünə dəyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.

İnsident ötən gün, noyabrın 16-da Surko yaxınlığındakı Las-Palmas aviabazasının ərazisində baş verib. Pontifik əsas mehraba doğru hərəkət edərkən toplaşanlardan kiminsə atdığı təsbeh onun üzünə çırpılıb. Videogörüntülərdə XIV Leonun dərhal əlini üzünə apardığı və dindarları salamlamağa davam etdiyi əks olunub.

Qeyd olunur ki, baş verən hadisə Papa kortejinin hərəkətinə və ibadətin gedişinə təsir etməyib. "El País" qəzeti Vatikanın rəsmi xəbər agentliyi "Vatican News"a istinadən XIV Leonun xəsarət almadığını bildirib.

Məryəm Quliyeva