09:59
231
Donbasın NATO məsələsi ilə dəyişdirilməsinə dair rəsmi mövqe açıqlanmayıb; söhbət daha çox ABŞ-la əldə oluna biləcək razılaşmaya bənzər bir şeydən gedirdi. Digər tərəfdən, Ukrayna Konstitusiyası təkcə dövlət quruluşunu deyil, həm də ərazilərin kiməsə verilməsi məqsədilə referendum keçirilməsi məsələsini də tənzimləyir (və müəyyən mənada qoruyur). Mənim fikrimcə, media məkanında müzakirə olunan bu məsələ, əslində, ortaya qoyulan şərtlərin daha da genişləndirilmiş formasıdır.
Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib.
O, qeyd edib ki, hər halda, əgər sülhə inam azdırsa, o zaman yalnız atəşkəsdən və Budapeşt Memorandumu kimi hər hansı bir razılaşmanın əldə olunmasından danışmaq olar – çünki reallıqda heç kimin buna əməl edəcəyinə zəmanət yoxdur.
Cavid
