“Qazaxıstan və Belarus tərəfindən Ermənistanın nüfuzuna yaxşı bir zərbə vuruldu” Siyasət

“Qazaxıstan və Belarus tərəfindən Ermənistanın nüfuzuna yaxşı bir zərbə vuruldu”

"Baş verənlərdən sonra Ermənistan-Qazaxıstan münasibətlərində radikal dəyişiklik gözləmirəm".
Bu fikri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev KTMT çərçivəsində mövqeyini Paşinyana açıq şəkildə bəyan etdi: "Nazarbayev qeyd etdi ki, KTMT-nin baş katibi dəyişməsi məsələsində Paşinyan haqlı deyil. Bu reallıqdır. Çünki Paşinyan Xaçaturovdan sonra digər erməni namizədi irəli sürmək istəyirdi. Bu isə alınmadı, faktiki olaraq Ermənistan kənarda qaldı. Bununla da həm Qazaxıstan, həm də Belarus tərəfindən Ermənistanın nüfuzuna yaxşı bir zərbə vuruldu. Bu məqam müəyyən dərəcədə İrəvan-Astana münasibətlərinə təsir edəcək. Münasibətlərin tam radikal və düşmənçilik səviyyəsində olacağını düşünmürəm. Amma hər halda bu münasibətlər keçmiş münasibətlərdən xeyli fərqli olacaq".