Səfirlik və beynəlxalq təşkilatların nümayəndələri Sumqayıtda Siyasət

Səfirlik və beynəlxalq təşkilatların nümayəndələri Sumqayıtda

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib.
Sumqayıt şəhərinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə təşkil olunan bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi iştirak edib.
Səfər çərçivəsində xarici diplomatlar Sumqayıt Kimya Sənaye Parkında Karbomid və Polipropilen zavodları ilə, Sumqayıt Dram teatrı ilə tanış olub, Kimyaçı Mədəniyyət sarayında və Heydər Əliyev Mərkəzində olublar, Şahmat və Uşaq İncəsənət məktəblərinə baş çəkib, eləcə də Sumqayıt Bulvarı və Bayraq Muzeyi ilə tanış olublar.
"Sumqayıt Kimya Sənaye Parkında işləyən şəxslərin 90%-i Sumqayıt sakinləridir"-deyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Sumqayıt Kimya Sənaye Parkı Zaqafqaziyanın ən böyük sənaye parklarından biridir: "Əvvəllər Sumqayıtda isizlik problemi var idisə, bu gün həmin problem artıq aradan qaldırılıb. Buna səbəb isə şəhərimizdə yeni tikilən sənaye müəssisələridir. Burada çalışan mühəndis və fəhlələrin 90%-i Sumqayıt şəhərinin sakinləridir".
Zakir Fərəcov qeyd edib ki, hazırda parkda müəssələrin bir qismi fəaliyyət göstərir, ilin sonuna kimi digər inşa olunan müəsssisələrin də istifadəyə verilməsi gözlənilir.