Xəbər verildiyi kimi, fevral ayının 23-də Avropada yaşayan soydaşlarımızın Belçikanın Brüssel şəhərində, Avropa Parlamentinin önündə izdihamlı mitinqi keçirilib.
Sevindirici haldır ki, həm də Avropa mətbuatında sözü gedən mitinqin keçrilməsi barədə xəbər verilib. Xəbəri Niderland mətbuatı üçün tədbirdə iştirak edən soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, "Connect" təşkilatının sədri Vüqar Abbasov hazırlayıb.
Bu barədə "Xalq Cəbhəsi"nə diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. Niderland mətbuatında çıxan xəbərdə fevralın 23 – də Avropanın müxtəlif ölkələrindən gələn Azərbaycanlıların Belçikanın Brüssel şəhərində, Avropa Parlamentinin önündə etiraz mitinqi keçirldiyi yazılıb və daha sonra: "Təxminən 450-500 adamın yığışdığı mitinq iştirakçılarının əsas tələbləri "Xocalıya ədalət" olub. Əllərində Azərbaycan bayraqları, müxtəlif şüarlar olan mitinq iştirakçıları ümidvar olduqlarını bildirdilər ki, tezliklə əadalət öz yerini tutacaqdır. Mitinqin sonunda əllərindəki qara rəngli şarları havaya buraxan mitinqin azyaşlı iştirakçıları bununla Xocalıda uşaqların da qətl edildiyinə diqqət çəkmək istəyiblər" deyə qeyd edilib. Daha sonra "Belçika – Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri Ayhan Dəmirçi və Macarıstandakı "Qardaşlıq" cəmiyyətinin sədri Ramiz Əmirlinin fikirləri də xəbərdə yer alıb.
Xəbərdə həmçinin Xocalı hadisələrinin baş vermə səbəbi, Azərbaycan torpaqlarının 20 % – nin Ermənistanın işğalında olması, Ermənistanın BMT – nin dörd qətnaməsinə məhəl qoymaması vurğulanıb.
https://www.rfgmagazine.nl/azerbeidzjanen-protesteren-in-brussel/