Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
18 İyun 2019 12:43
1 470
Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi sülh əldə etməyə imkan vermir. Bu qeyri-konstruktiv mövqe davamlı sülh, birgə yaşayışa təhdid kimi qalır.
Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sülh olmadan davamlı inkişafa nail olmaq mümkünsüzdür: "Azərbaycan daim bu istiqamətdə beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni təsisatlar yaratmaq istiqamətində təşəbbüslər göstərir. Bu tədbirlərin Cənubi Qafqaz regionunda keçirilməsi təadüfi deyil. Çünki bu region münaqişələrlə zəngindir. Bu münaqişələrin həll olunmaması və münaqişə tərəflərindən birinin qeyri-konsturiktiv mövqeyi sülh əldə etməyə imkan vermir".
B.Muradova əlavə edib ki, həm mövcud təsisatların gücündən tam istifadə etmək, həm də yeni təsisatlar yaratmaqla problemlərin həllinə nail olmaq lazımdır: "Artıq 16-cı dəfədir ki, ombudsmanlar vacib olan mövzular ətrafında müzakirə aparmaq üçün Azərbaycana toplaşırlar. Bu tədbir problemlərin araşdırılması, ombudsman təsisatının bu problemlərin həllində rolunun müəyyənləşməsi və müsbət təcrübələrin bölüşülməsinə şərait yaradır. Azərbaycan belə təcrübələrin aparılması üçün çox uyğun bir məkandır".
15 May 19:31
2 646
15 May 17:57
1 211
15 May 16:58
1 113