Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
1 Avqust 2019 14:02
1 309
2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi. Bu artımı şərtləndirən əsas amillər kimi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan iqtisadi islahatlar, ölkədə islahatlar üçün əlverişli mühitin olması, uzun illər ərzində həyata keçirilən iri layihələrin və inşa edilən müəssisələrin fəaliyyətə başlamasını göstərmək olar.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı ötən gün keçirilən müşavirədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyələrinə iqtisadi subyektlər lazımı dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstərib:
“Ötən müddət ərzində ÜDM-in 2.4 faizi, qeyri-neft sektorunun 3.2 faizi, qeyri-neft sənayesinin 15.7 faizi, kənd təsərrüfatı istehsalının 13 faiz, qeyri-neft ixracının 15 faizi, valyuta ehtiyatlarının 4 milyard dollar artması deyilənlərə sübutdur. Həmçinin, 2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv edib və iqtisadi subyektlərin şəffaflığa və haqlı rəqabətə inamını daha artırmışdır”.
Millət vəkili hər bir elementin müsbət dinamika göstərməsinin atılan addımların effektivliyindən xəbər verdiyini bildirib:
“2019-cu ilin 6 ayının yekunlarına əsasən dövlət büdcəsi gəlirlərinin 440 milyon manat, vergi yığımlarının 8.8 faiz, gömrük yığımlarının 8 faiz artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70 faizi ötməsi, 100 mindən çox yeni əmək müqaviləsinin imzalanması bu deyilənlərə sübutdur. Ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi nəticəsində artan gəlirlər 4 milyondan çox insanın sosial rifahına yönəlib. Bütün bu artımlar fonunda inflyasiya cəmi 2.5 faiz olub, əhalinin gəlirləri isə 6.6 faiz artıb. Göründüyü kimi, bütün bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir. Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbər verir. Düşünürəm ki, ölkə başçısının “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir” tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaqdır”.
16 Noyabr 13:33
1 295
15 Noyabr 21:25
2 121
15 Noyabr 17:47
1 687