Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
4 Oktyabr 2019 12:18
2 730
“Ermənilərin Lüksemburqda “Qarabağ” futbol komandasının oyunu zamanı təxribatı əvvəlcədən planlaşdırılıb və maliyyələşdirilib, bu, separatçılarla erməni lobbisinin birgə layihəsidir”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Amerikanın Los-Anceles şəhərində erməni diasporu qarşısında çıxış edərkən təyyarə vasitəsilə səmada “Qarabağ Azərbaycanındır” şüarı görünmüşdü:
“Bu bizim Paşinyana sürprizimiz idi. Görünür, erməni lobbisi buna cavab olaraq “Qarabağın” oyununa separatçıların bayrağını dronla havaya qaldırmaqda görüblər. Özlərinə ziyan etdilər.
Birincisi, bizimkilərin Amerikada təyyarə vasitəsilə həyata keçirdiyi aksiyada qanunsuz heç nə yox idi, ermənilər isə oyunun gedişini pozdular və buna görə ev sahibinin futbol komandası UEFA tərəfindən cəzalandırılacaq. Dronun futbol meydanından və ya kənarından idarə olunub-olunmadığı ayrıca araşdırılmalıdır.
Növbəti gedişi biz hazırlamalıyıq. Bugünkü hadisə bir daha göstərdi ki, müharibə yalnız səngərdə getmir, konfranslarda və idman oyunlarında da şiddətli mübarizə gedir. Ermənistanın baş naziri Xankəndidə “Qarabağ Ermənistandır” deyir, Azərbaycan prezidenti ona Soçidə dövlət başçılarının iştirak etdiyi konfransdan “Qarabağ Azərbaycandır” deməklə cavab verir. Döyüş davam edir”.
16 Noyabr 13:33
1 267
15 Noyabr 21:25
2 086
15 Noyabr 17:47
1 659