“Münaqişənn həlli istiqamətində danışıqlar dalana dirənib” Siyasət

“Münaqişənn həlli istiqamətində danışıqlar dalana dirənib”

Arzu Nağıyev: “İkinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik”

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən mühüm gözləntlərimiz yox idi. Bu görüşdə XİN başçılarının münaqişənin həlli ilə bağlı ortaq məxrəcə gələcəyini zənn etmirdik və bu, belə də oldu. Görüşlə bağlı proqnozlarımız özünü doğrultdu”. Bu fikirləri politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra söylədiyi kimi münaqişənn həlli istiqamətində danışıqlar dalana dirənib: “Prezident İlham Əliyev Rusiyanın XİN başçısı Sergey Lavrovu qəbul edən də prosesin çox ləng getdiyini, prosesin həllində açar rolunu oynayan Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi bu proseslərdə rolunun zəif olduğunu qeyd etdi”.
Sergey Lavrovun İrəvanda və eləcə də Bakıda səfərdə olarkən fərqli açıqlamalar verdiyini xatırladan ekspert söyləyib ki, bu açıqlamalardan da hiss olunur ki, Ermənistan nəyin bahasına olursa-olsun separatçıların üçüncü tərəf kimi danışıqlar prosesində iştirak etməsini istəyir.
A.Nağıyev qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının Bratislavda keçirilən son görüşündə 3 saat yarımdan çox davam edən danışıqlardan təəssüfdoğurucu nəticələr əldə olundu: “Belə ki, Ermənistan yenə də separatçıları “Qarabağ xalqı” kimi ortaya qoyaraq, onlarla danışıqların aparılmasını istəyir. Lakin Azərbaycan tərəfi o qırmızı xətti çəkdi. Azərbaycan tərəfi elə bir sənəd təqdim etdi ki, bundan o tərəfi yoxdur. Ölkəmiz istər Vyana, istər Sankt-Peterburq, istər Kazan görüşləri, istərsə də Madrid prinsiplər və eləcə də digərləri həmin sənəddə öz əksini tapdı. Sənəddə Azərbaycanın ərazi bütövlüyü birinci şərt kimi qoyulmaqla yanaşı, BMT-nin məlum 4 qətnamələri öz əksini tapmışdı”. O, vurğulayıb ki, Azərbaycan tərəfi heç zaman öz ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcək: “Ona görə də ATƏT-in Minsk qrupu bu haqda fikirləşməlidir”.