Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
12 Dekabr 2019 15:37
1 512
Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bratislavadakı danışıqlardan sonra Azərbaycan və Ermənistanın yaydığı bəyanatlardakı fərqli mövqeləri şərh edərkən deyib.
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünə münasibət bildirən diplomat qeyd edib ki, tərəflər dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almayıblar:
"Biz tərəflərin dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almamışıq. Məncə, tərəflər də bu barədə danışmayıblar. O ki qaldı mövqelərin fərqliliyinə, bu, aydın məsələdir. Əks təqdirdə danışıqlar prosesi olmazdı. Biz öz tərəfimizdən həlli gecikən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması naminə vasitəçi kimi bu dialoqun davam etdirilməsinə hər cür yardımı göstərəcəyik. Əlimizdən gələni edəcəyik ki, dialoq konstruktiv şəkildə davam etdirilsin və tərəflər qarşılıqlı məqbul həllə gəlib çıxa bilsinlər".
M.Zaxarova Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini müsbət qiymətləndirib.
16 Noyabr 13:33
1 337
15 Noyabr 21:25
2 142
15 Noyabr 17:47
1 708