“Azərbaycan diqtə edən tərəfdir” Siyasət
Arzu Nağıyev: “2020-ci ildə dönüş olmalıdır”
“2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində təbii ki, həm daxili, həm xarici siyasətdə ən böyük prioritet istiqamət idi. politoloq Arzu Nağıyev deyib. Politoloq Azərbaycanın 2019-cu ildə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi istiqamətində gördüyü işləri şərh edərkən “lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu proses tam şəkildə öz həllini tapmadı”, - deyə vurğulayıb: “Yəni Ermənistan tərəfi ərazilərimizdən öz qoşunlarını çıxarmadı, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri deklorativ bəyanat verməkdən başqa konkret bir fəaliyyət göstərmələrinə baxmayaraq Azərbaycan tərəfi bu məsələnin sülh yolu ilə həll olunması üçün bütün səylərini ortaya qoyub və istər diplomatik vasitələrlə, istər hümanitar addımlarla, istər müharibə ehtimalının qarşısını almaq istiqamətində çox mühim addımlar atılıb. Prezidentimiz rəsmi və qeyri rəsmi görüşlərdə bütün səyləri ortaya qoyub, lakin Ermənistan tərəfi və onların havadarları bu prinsipləri yerinə yetirməkdən bu və digər şəkildə imtina ediblər”. Arzu Nağıyev qeyd edib ki, məsələyə istər diplomatik, istər humnitar, istər hərbi istiqamətdə yanaşdıqda Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsində üstünlük əldə etmiş oldu: “Ancaq Beynəlxalq qurumlar bu prinsipləri sona qədər çatdırmadılar və ikitərəfli qarşılıqlı görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd etsələr də, ayrılıqda Ermənistanın apardığı siyasətlə müəyyən qədər razılaşdılar və eyni məsələ Dağlıq Qarabağ separatçı rejiminin iştirakına çalışırdılar, lakin bu proses alınmadı. Təəssüf ki, əsir və girovların dəyişdirilməsində, humanitar addımların atılmasında Ermənistan tərəfi yenə də istiqamət kimi Dağlıq Qarabağ separatçılarını göstərdilər. Jurnalistlərin mübadiləsi məsələsi baş tutdu. Müəyyən konfransların keçirilməsində nümayəndə heyyətlərinin iştirakı oldu. Bu proses 2020-ci ilə uzanmağına baxmayaraq düşünürəm ki, artıq Azərbaycan tərəfi diqtə edən tərəfdir və öz sözünü deməyi bacarır. Yəqin ki, 2020-ci ildə dönüş xətti olmalıdır. Çünki ermənilərin üzünə artıq qırmızı xətt çəkilib. Cənab Prezidentin də qeyd etdiyi kimi Dağlıq Qarabağ Azərbaycandır nida sözü Paşinyanın qeyri-adekvat və absurd bəyanatına bir cavab idi. Bu istiqamətdə də Azərbaycanın uğurlu siyasəti davam etdiriləcəkdir”.