Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Qarabağ danışıqları hansı sənəd üzərində aparılır?

Qarabağ danışıqları hansı sənəd üzərində aparılır? Siyasət

Qarabağ danışıqları hansı sənəd üzərində aparılır?

Bu ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü keçirildi.
Qarabağla bağlı keçirilən bu görüşdən sonra tərəflər bəyanat yayıblar. Bəyanatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin də iştirak etdiyi görüşlərdə üç gün ərzində tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar.
Görüşlərdə tərəflər arasında razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, sülhün əsasını təşkil edən prinsiplər ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, XİN rəhbərləri həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə razılıq veriblər.
Müzakirələrin bu şəkildə uzun keçirilməsi danışıqlar masasında hər hansı sənəddən xəbər verir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bunu təkzib etməyib.
O, qeyd edib ki, xarici işlər nazirlərinin görüşü zamanı masada olan konkret sənəd var:
“Madrid prinsipləri”ndən irəli gələn məqamlar əsasında hazırlanmış sənəd üzərində danışıqlar aparılır.
Ancaq buna baxmayaraq, konkret hər hansı nəticədən danışmaq tezdir. Keçən ildən etibarən danışıqlardan sonra müəyyən müsbət şərait yaranır. Cəbhə xəttində vəziyyət nisbətən sabit idi. Amma bu daim davam edə bilməz. Ermənistan tərəfindən konkret addımlar atılmasa, Azərbaycan da bu mövqeyini dəyişdirməlidir. Hazırda isə konkret təkliflər əsasında danışıqlar gedir. Bu il Ermənistan mövqeyini artıq ortaya qoymalı, razılaşmaya şərait yaradacaq addımlar atmalıdır”.
Fərid Şəfiyev qeyd edib ki, xüsusilə həmsədrlər tərəfindən Ermənistana müəyyən təzyiqlər göstərilməlidri:“Ermənistan artıq bu təkliflərə dair mövqeyini müəyyənləşdirməlidir. Ola bilər, rəsmi İrəvan danışıqlardan qaçır. Ermənistan baş naziri Nikol Paşinyanın son bəyanatlarından görünür ki, məsuliyyəti öz üzərindən atmaq istəyir.
Mən bildiyimə görə, biz Ermənistana müəyyən möhlət vermişik. Düşünürəm ki, bir az da gözləməyə dəyər. Amma təbii ki, 25 ildən çoxdur danışıqlar aparılır, konkret nəticə yoxdur. Biz bu nəticəni 2020-ci ildə əldə etməliyik”.