Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
3 Mart 2020 13:42
3 003
ELÇİN MİRZƏBƏYLİ
Dövlətin təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı verdiyi qərar zəruri addımdır və vətəndaşın təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Təhsildə davamlılığın təmin edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, mövcud çağırışlara qarşı dayana biləcək rəqabətə davamlı vətəndaşın yetişdirilməsi dövlətimiz üçün prioritet təşkil edir. Ölkədə həyata keçirilən islahatların təməlində də məhz bu amil dayanır. Belə olduğu təqdirdə, əgər dövlət təhsil müəssisələrində dərslərin dayandırılmasına qərar verirsə, bu ilk növbədə təhlükənin nə qədər real olduğunun göstəricisidir. Yəni dövlət onun üçün prioritet təşkil edən bir vəzifəni ikinci plana atır və vətəndaşın sağlamlığını, təhlükəsizliyini düşünür.
Məhz bu baxımdan dərslərin dayandırılmasını bayram edən, bu hadisəni aşırı sevinc hissi ilə qarşılayan vətəndaşlarımızı heç cür anlaya bilmirəm. Nəyə və niyə bayram edirsiniz? Övladlarınızın 1 həftə ərzində təhsildən aralı düşməsində sevinməli nə var?
Digər tərəfdən, dərslərin dayandırılması ilə bağlı qərar özündə açıq və birmənalı ismarıc daşıyır. Yəni kütlənin çox olduğu yerlərə getməyin, kütləvi tədbirlərdən imtina edin. Amma nədənsə bunun əksi baş verir. Bir çoxları dərslərin dayandırılmasını, sanki onlara verilən ekstra tətil imkanı kimi dəyərləndirirlər. İstirahət, ticarət mərkəzlərinə üz tutur, şəhər gəzintisinə çıxır və bu azmış kimi sosial şəbəkələr üzərindən cəmiyyətə yanlış mesajlar verən bu addımlarını təbliğ edirlər. Sanki dünyada, ətrafımızda baş verən hadisələrin fərqində deyillər. İndi dünyanın bir çox ölkələrində kütləvi tədbirlər qadağan edilir, idman yarışları təxirə salınır. İnsanlar özləri ilk növbədə öz təhlükəsizliklərini düşünərək kütlənin sıx olduğu ərazilərə çıxmaqdan imtina edirlər. Çünki bu məsələdə məsuliyyətin yalnız dövlətin üzərinə qoyulması ilə heç bir nəticəyə nail olmaq mümkün deyil. Hər kəs ilk növbədə özünün, ailə üzvlərinin, doğmalarının sağlamlığını, təhlükəsizliyini düşünməlidir.
Hesab edirəm ki, aprel ayına qədər Azərbaycan ərazisində bütün kütləvi tədbirlər, mərasimlər qadağan edilməlidir. Bu məsələdə tövsiyyənin effektiv nəticə verə biləcəyinə inanmıram. İmperativ addımlar atmaq lazımdır!
16 Noyabr 13:33
1 274
15 Noyabr 21:25
2 100
15 Noyabr 17:47
1 666