Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
22 Mart 2020 17:57
3 451
Belarusdakı səfirliyimiz ümumi təlimata uyğun olaraq Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslər təşkil edib.
Səfirlikdən bildirilib ki, koronavirusla bağlı martın 16 və 18-də “Belavia” şirkətinin Minsk-Bakı-Minsk istiqamətində nəzərdə tutulan uçuşları ləğv olunduğundan səfirlik təlimata uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları ilə əlaqə saxlayıb.
Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın siyahısı tərtib olunub və Bakıya müvafiq qurumlara təqdim edilib. AZAL və “Belavia” şirkətləri ilə aparılmış danışıqlar nəticəsində çarter reyslərin həyata keçirilməsi barədə razılığa gəlinib. Səfirlik tərəfindən martın 21-də “Belavia” şirkətinin həyata keçirdiyi çarter reysi ilə 70 Azərbaycan Respublikası vətəndaşının vətənə qayıtması təşkil olunub. Səfirliyin təşkilatçılığı ilə Baltikyanı ölkələrdən və Polşadan vətənə qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşları da çarter reysi ilə uçmaq məqsədilə Minskə gəliblər. Azərbaycan vətəndaşlarını səfir Lətif Qəndilov və səfirliyin əməkdaşları yola salıblar. Ürək xəstəliyi olan vətəndaşımız Məmmədov Rafiq İman oğlunun Bakıda birbaşa təcili yardım maşını ilə xəstəxanaya aparılması üçün müvafiq əlaqələndirilmə işləri də aparılıb.
16 Noyabr 13:33
1 267
15 Noyabr 21:25
2 086
15 Noyabr 17:47
1 659