Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
7 May 2020 16:47
3 528
Əziz Əlibəyli: “Ölkə rəhbərinin nitqlərində o mənanı aşkar hiss edirəm ki, bölgələrin idarə edilməsində seçkili üsulla keçiriləcək”
“Ölkədə sosial-iqtisadi və kadr islahatları barədə hələ 2018-ci ilin prezident seçkiləri bitən kimi andiçmə nitqində Ölkə rəhbəri mesajlar vermişdi. Çünki yeni dövrə artıq yeni Azərbaycan lazım idi ki, bu zərurəti Prezident reallığa da məhz 2019-cu ilin əvvəllərindən uyğun olaraq çevirməyə başladı”.
Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli səsləndirib. Əziz Əlibəyli bildirib ki, idarəetmə strukturlarında, iqtisadiyyatda islahatlar baş verdi, sosial paketlər icra olunmağa başladı: “Vergi sahəsində ciddi addımlar atıldı. Az sonra Prezident Adminstrasiyasında islahatlar aparıldı. Bütün bu addımlar ictimai rəydə hansı dəstək alırdı?
Əlbəttə ki, islahatlar prosesinin fonunda yaradılan Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların düşüncələrini, ictimai rəyin ritmini müəyyən edərək, beynəlxalq standartlarla uyğun ölçməyə başladı.
Bu ilin ilk rübündə ölkə Prezidentinin reytinqini ölçən Sosial Tədqiqatlar Mərkəzi hakimiyyətin qolları arasında da nüfuz indikatorunu müəyyənləşdirdi.
Məlum oldu ki, 40 faizdən də aşağı bir göstərici ilə icra hakimiyyətləri nüfuzsuz bir vəziyyətdə, əhali tərəfindən qiymətlərini alıblar.
İslahatlara paralel DTX tərəfindən başlayan korrupsiyaya qarşı mübarizə də açıq, şəffaf cəmiyyət qurmaq yolunda ölkə rəhbərinin atdığı addımların bir elementi oldu.
Biz gördük ki, xüsusilə pandemiya günlərində köməksiz insanlara ayrılan sosial yardımlar icra başçıları, onların nümayəndələri tərəfindən mənimsənilir.
Artıq davamlı olaraq, bir neçə icra hakimiyyəti başçılarının da həbsi əslində başqa bir mənzərəni də ortaya qoydu.
İqtisadiyyatın həssas dönəmində, iqtisadi böhran ərəfəsində, pandemiya ilə müharibə apardığımız bir dövrdə rayonlaşma prosesi və icra başçıları modeli uğursuzdur, dövlət büdcəsinə zərərdir, idarəetməyə problem yaradır.
Çünki təyinat formaları elədir ki, o kadrlar vətəndaşlar qarşısında cavabdehlik daşımırlar və təyinat ruhunu düşünürlər.
İctimai rəyin hesaba alınmadığı bir modellə ancaq bu qədər eybəcərlik ortaya çıxa bilərdi ki, hesab edirəm və ölkə rəhbərinin nitqlərində o mənanı aşkar hiss edirəm ki, bölgələrin idarə edilməsində seçkili üsulla keçiriləcək.
O halda, onlar təkcə ölkə rəhbəri qarşısında yox, səsini aldığı xalq qarşısında da məsuliyyət daşıyacaqlar”.
Əli
16 Noyabr 13:33
1 232
15 Noyabr 21:25
2 051
15 Noyabr 17:47
1 617