Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
29 İyun 2020 14:48
6 755
Qüdrət Həsənquliyev: “Azərbaycanın dünya miqyasında artan nüfuzu və topladığı siyasi kapital Qarabağın işğaldan azad olunması üçün bizə çox lazımdır”
İlham Əliyevin Prezidentliyi dövründə bu Azərbaycanın BMT çərçivəsində ikinci böyük uğurudur.
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinə açıqlamasında partiyanın sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev deyib.
COVİD-19 -a qarşı mübarizəyə həsr olunmuş BMT Baş Məclisinin xüsusi sesiyasının çağırılmasına dair Azərbaycan Respublikası Prezidentinin Qöşulmama Hərakarının sədri kimi təşəbbüsünün 130 ölkə tərəfindən dəstəklənməsi faktını yüksək dəyərləndirən BAXCP sədri ölkəmizin BMT səviyyəsində ilk böyük uğurunun 2011-ci ildə gerçəkləşdiyini xatırladıb: “Həmin ildə Azərbaycan 2012-2013-cü illər üçün 155 ölkənin dəstəyi ilə iki illiyə BMT TŞ-nın üzvü seçilmişdi. İndi isə 130 ölkə Prezidentin çağırışına dəstək verib. Prezidentin bu təşəbbüsü Qoşulmama Hərakatının sədri kimi irəli sürməsi həm də bu qurumun nüfuzuna müsbət təsir göstərməklə beynəlxalq təşkilatlar arasında onun mövqeyini gücləndirəcək. Bu isə bizim üçün çox əhəmiyətlidir. Çünki Qoşulmama Hərakatı Azərbaycanın ərazi bütövlüuünü birmənalı dəstəkləyən təşkilatdır”.
Qüdrət Həsənquliyev qeyd edib ki, Prezident bu qurumun sədri kimi onun nüfuzunu qaldırmaqla həm də beynəlxalq arenada Azərbaycanın mövqelərini gücləndiri: “Azərbaycanın COVİD-lə mübarizədə ÜST-ə və ehtiyacı olan ölkələrə humanitar yardım göstərməsi də beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunmaqdadır. Azərbaycanın dünya miqyasında artan nüfuzu və topladığı siyasi kapital Qarabağın işğaldan azad olunması üçün bizə çox lazımdır. İnanıram ki, bir gün torpaqlarımızı işğaldan azad edərkən beynəlxalq birliyin ciddi dəstəyini alacağıq. Diplomatik sahədə əldə etdiyimiz uğurlar Ermənistanı demoralizə edir, onun qondarma DQR-in müstəqil dövlət kimi nə vaxtsa dünya dövlətləri tərəfindən tanınacağına olan ümidlərini alt-üst olmasına zəmin yaradır. Azərbaycana daha böyük uğurlar arzu edirəm”.
16 Noyabr 13:33
1 302
15 Noyabr 21:25
2 128
15 Noyabr 17:47
1 694