Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
29 İyul 2020 12:29
2 429
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə səfir Gürsel İsmayılzadə Yaponiya parlamentinin nümayəndələr palatasının və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kentaro Sonoura ilə görüşüb
AZƏRTAC xəbər verir ki, əvvəlcə G.İsmayılzadə Azərbaycanın hazırki iqtisadi vəziyyəti, ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrin inkişafına böyük diqqət yetirildiyi barədə məlumat verib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərindən, iqtisadi sabitliyin qorunması üçün atılan vacib addımlardan danışıb, dövlətimizin başçısının pandemiya zamanı, ilk növbədə, xalqın həyatını və sağlamlığını prioritet elan etdiyini vurğulayıb.
K.Sonoura öz növbəsində Yaponiyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyət barədə məlumat verib, koronavirusun ölkədə iqtisadiyyata və sosial həyata ciddi zərbə vurduğunu qeyd edib.
G.İsmayılzadə iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı haqqında geniş məlumat verib. Bildirib ki, dövlət sərhədində Ermənistan tərəfindən bu cür hərbi təxribatlar mütəmadi şəkildə törədilir. Ermənistanın növbəti təxribatı nəticəsində hərbçilərimiz, o cümlədən yüksək rütbəli zabitlərimiz, mülki şəxslər həlak olub və ya yaralanıblar.
Yaponiyalı parlamentari baş vermiş hadisələrə son dərəcə təəssüf ilə yanaşdığını vurğulayıb. Qeyd edib ki, hər zaman olduğu kimi, indi də Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin inkişafına, əməkdaşlığın daha genişləndirilməsinə dəstək verməyə davam edəcəkdir.
Görüşdə, həmçinin Azərbaycan–Yaponiya ikitərəfli münasibətlərinə toxunulub, ötən il ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyi xatırlanıb. Ölkələrimiz arasında iqtisadi münasibətlər, o cümlədən enerji və qeyri-enerji sektoru sahələrində əməkdaşlıq barədə müzakirələr aparılıb.
Tokioda təşkil olunacaq Olimpiya və Paralimpiya oyunlarının 2021-ci ildə uğurla keçiriləcəyinə ümidvar olduğunu bildirən səfir tədbirlərin yüksək səviyyədə təşkilində Yaponiya tərəfinə uğurlar arzulayıb.
Qeyd edək ki, K.Sonorua 2014–2017-ci illərdə Yaponiya Xarici İşlər nazirinin parlament üzrə müavini, Xarici İşlər Nazirliyi üzrə dövlət naziri, 2017–2019-cu illərdə Baş Nazirin xüsusi müşaviri vəzifələrində çalışıb.
16 Noyabr 13:33
1 274
15 Noyabr 21:25
2 100
15 Noyabr 17:47
1 666