Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
30 İyul 2020 15:55
3 640
ABŞ-ın Nyu-York şəhərində “Stop Armenian Occupation” ("Ermənistanın işğalçılıq siyasətini dayandır!"), “Karabakh is Azerbaijan! ("Qarabağ Azərbaycandır!") şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan icması üzvlərinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı təyyarə Manhetten adasından səmaya qalxıb. Üç saat ərzində Nyu-York şəhərinin üzərində dövrə vuran təyyarə Manhetten adasındakı dövlət əhəmiyyətli idarələrin, “Empire Building”, “Business Center” məşhur iş mərkəzlərinin və yaşayış binalarının önündən uçub. Göy üzərində açılan şüar yerli əhalinin diqqətini cəlb edib və böyük maraqla qarşılanıb.
Həmvətənlərimiz təyyarənin daha yaxşı göründüyü Nyu-Cersi şəhərinin “Liberty” parkında toplaşıblar. Əllərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını tutan həmvətənlərimiz şüarlar səsləndirməklə və alqışlarla bu xoş hadisəni izləyiblər.
Layihənin təşkilatçısı Elmar Bayramov bildirib ki, ermənilər bu layihənin gerçəkləşdirilməsinə mane olmaq üçün ciddi cəhdlər göstəriblər. Onlar iki həftə ərzində “Airads” hava reklamları şirkətinə təzyiqlər göstəriblər, hətta bunun üçün əlavə vəsait də ödəyiblər. Lakin onların bütün cəhdləri nəticəsiz qalıb.
16 Noyabr 13:33
1 274
15 Noyabr 21:25
2 100
15 Noyabr 17:47
1 666

