Ermənistana qarşı təsirli addımlar atılmalıdır - politoloq Siyasət

Ermənistana qarşı təsirli addımlar atılmalıdır - politoloq

"NATO Parlament Assambleyasının payız sessiyasında Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlim keçirməsinin pislənməsi təqdirəlayiq haldır".
Belə bir açıqlama ilə çıxış edən politoloq Ramiz Alıyev SalamNews-a deyib ki, bu eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün NATO PA səviyyəsində tanındığının göstəricisidir: "Düzdür, NATO PA-nın bu mövqeyinin Dağlıq Qarabağ probleminin həllinə hansısa müsbət təsir göstərəcəyini gözləmək doğru olmazdı. Çünki münaqişənin həlli ilə məhz ATƏT-in Minsk qrupu məşğul olur. Ancaq bütün halda belə bir mövqenin ortaya qoyulması bizim xeyrimizə işləyən məqamlardandır".
Ramiz Alıyev bildirib ki, digər beynəlxalq təşkilatlar da Ermənistanın işğal altında olan ərazilərində ermənilərin hərbi təlimlər keçirməsini pisləməli və işğalçı ölkəyə qarşı təsirli addımlar atılmalıdır.