“Həmsədrlər birbaşa olaraq Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir” Siyasət

“Həmsədrlər birbaşa olaraq Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir”

Üzeyir Cəfərov: "Onlara hər addımda havadarlıq edir"

"Hesab edirəm ki, biz artıq özümüzə o fikri təlqin etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən konkret heç bir iş gözləməməliyik". Hərbi ekspert Üzeyir Cəfərov ermənilər tərəfindən əsirlikdə saxlanılan azərbaycanlıların başlarına gətirilən oyunlara və bütün bunlara ATƏT-in Minsk qrupunun göz yummasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, artıq hamı görür ki, həmsədrlər birbaşa olaraq Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onlara hər addımda havadarlıq edir: "Baxın, bu gün ayının 12-dir və üç gündən sonra Anjey Kasprişik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi kimi bu vəzifəyə təsdiq olunacaq. Bu insanlar özləri üçün çox yaxşı bir iş yeri tapıblar. Onlar heç zaman razı olmazlar ki, Dağlıq Qarabağ məsələsi həll olunsun və bunlar öz iş yerlərini itirsinlər. Artıq 20 ilə yaxındır ki, Anjey Kasprişik kimi orta səviyyəli bir diplomatı və digələrini heç Polşada belə çoxları tanımır". Azərbaycanlı əsirlərlə bağlı məsələyə gəlincə deyərdim ki, ermənilər onsuz da indiyədək beynəlxalq hüquq normalarına və prinsiplərinə əməl etməyib və etməkdə istəmir. ATƏT-in Minsk Qrupu işğalçı ölkəni BMT TŞ-nın 4 məlum qətnaməsini yerinə yetirməyə borculudur. Bununla belə onların borcudur ki, sonrakı illərdə BMT-nin , Avropa Birliyinin, İƏT-in və digər nüfuzlu təşkilatların işğalçılıq siyasəti ilə bağlı Ermənistana etdikləri təklifləri, tövsiyyələri dəyərləndirsin. Amma təəssüflər olsun ki, bunları etmirlər. İndi biz əsirlikdə qalan vətəndaşlarımızdan danışırıq. Gəlin, yaxın tarixi götürək. Bir neçə müddət bundan əvvəl bizim üç vətəndaşımız ermənilər tərəfindən öz ərazilərimizdə girov götürüldü. Onlardan biri olan Həsən Həsənov işgəncə ilə öldürüldü. Digər iki nəfərin fotoları və videogörüntüləri onu deməyə əsas verir ki, onlar Ermənistan ərazisində işgəncələrə məruz qalıblar. Biz onların məhkəmədəki görüntülərini görəndə ürəyimiz ağrıdı. Əlbəttə ki, ermənilər insanlıq hisslərindən tamam kənar olan bir millətdir. İşğalçı ölkədə normal məntiqə söykənən hansısa bir addım yoxdur və onu gözləməkdə lazım deyil. Çünki onlar heç qonşuluq siyasətini düzgün həyata keçirmirlər, o ki qaldı əllərində olan əsir və girovlara qarşı hansısa insani münasibət sərgiləsinlər".

Əli