Husilər Səudiyyə Ərəbistanındakı aviabazaya zərbələr endirdiklərini bildiriblər
Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək
Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
20 Mart 2021 12:56
3 997
Əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq.
Bunu Prezident İlham Əliyev Şuşadan xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Şuşada olarkən insan Azərbaycan xalqının böyüklüyünü bir daha dərk edir. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Biz hətta o satqınlığı, o xəyanəti edən AXC-Müsavat cütlüyünün mənfur liderlərinə layiq olduqları cəzanı verməmişdik. Halbuki onlar istənilən cəzaya layiqdirlər. Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi".
12:28
630
12:28
532
12:07
532