“Daxili mühit bu partiyada istefaları sürətləndirdi” Siyasət

“Daxili mühit bu partiyada istefaları sürətləndirdi”

Razi Nurullayev: "Artıq AXCP-də cəmiyyətdə tanınan nüfuzlu şəxslər qalmayıb"

"Artıq AXCP-də özündən razılıq əlaməti formalaşıb. Hətta AXCP sədri Əli Kərimli hesab edir ki, digər partiyalar çox kiçikdirlər və onlarla əməkdaşlıq etməklə həmin təşkilatları böyütmüş olurlar". Bunu AXCP sədrinin keçmiş müavini Razi Nurullayev deyib. O bildirib ki, Əli Kərimlidə özündən razılıq, müxalifətdəki digər partiyalara yönəlik eqoizm var: "Orada həmin partiyalar haqda düşünürlər ki, ölənləri diriltmək nəyimizə lazımdır".
AXCP rəhbərliyində təmsil olunan şəxsləri xarakterizə edən R. Nurullayev adıçəkilən partiyanın lider potensialına da diqqəti yönəldib: "Baş verənlər və ən əsası daxili mühit bu partiyada istefaları sürətləndirdi. Artıq AXCP-də cəmiyyətdə tanınan nüfuzlu şəxslər qalmayıb".
R. Nurullayevin ötən bazar AXCP-nin təşəbbüsü ilə keçirilən mitinq və ümumiyyətlə bu kimi aksiyaların təşkili ilə bağlı danışıb: "Hər bir partiya üzvünün üzərinə mitinqə müəyyən sayda adam gətirmək kimi öhdəlik qoyulur. Üzvlər də bu öhdəliyi yerinə yetirməyə məcbur edilir. Əgər gətirməyibsə, öhdəsindən gəlməyibsə onu tənqid atəşinə tuturlar, gözümçıxdıya salırlar. Həmin üzv də qorxusundan bu öhdəliyi yerinə yetirir. AXCP-də elə mühit yaradılıb, sadə üzvlərin üzərinə elə öhdəlik qoyulub ki...".

Əli