Paşinyanın ordusu – fərarilik, zorlanma, korrupsiya... Layihə

Paşinyanın ordusu – fərarilik, zorlanma, korrupsiya...

Ötən ilin yayında ABŞ-ın ssennarisi və istəyi ilə hakimiyyətə gətirilən, "küçə etirazlarının övladı, inqilabın lideri" kimi təqdim olunmuş Nikol Paşinyan hakimiyyəti ələ alandan bəri də heç nə dəyişməyib. Halbuki N.Paşinyan və onun ətrafı Ermənistanın silahlı qüvvələrində korrupsiya risklərinin sürəkli azalmasından, ordunun şəxsi heyətində yeni münasibətlərin bərqərar olmağa başlamasından fasiləsiz bəhs edirlər.
Ermənistanın əvvəlki iqtidarları dönəmində kriminal-oliqarxik sistem, sözün əsl mənasında, ordunu talayır, qarət edir, erməni əsgərlərə asanlıqla istehlak olunan canlı material kimi baxırdılar. Çünki ölkənin dövlət idarəetmə sistemi, daha doğrusu, sistemsizliyi üçün səciyyəvi olan dəhşətli qaydalar ermən ordusuna da sirayət etmiş, hərbi hissələrdəki mənəvi-psixoloji vəziyyəti viran qoymuşdu.
Paşinyanın siyasəti ordunu iflic vəziyyətə salıb. Ötən ay əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar hərbi hissələrdə komandirlərin övladlarına etdikləri təzyiq və işgəncələrə son qoymalarını tələb ediblər. Etirazçılar Ermənistan ordusunda özbaşınalıq və xaosun tüğyan etdiyini bildiriblər. Cari ilin iyun ayınadək orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 33-ə çatıb. Onlardan 14-ü hərbi hissələrdəki özbaşınalığa dözə bilməyərək intihar edib. Narazı əsgər valideynləri qeyd ediblər ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir.
2019-ci ilin sentyabrın 1-dən 30-na kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, korrupsiya və qəza faktı ilə bağlı hadisələrin hesabatını təqdim edirik.
Sentyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 2 ölüm (1-i intihar, 1-i naməlum şəraitdə) hadisəsi qeydə alınıb.
Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 12 düşmən hərbçisi (7-si döyülmə, 4-ü qəza, 1-i silahla davranış qaydalarının pozulması nəticəsində) yaralanıb.
Bununla yanaşı, ən azı 3 korrupsiya, 2 fərarilik, 1 şantaj faktı da aşklarlanıb.
Ermənistan Müdafiə Nazirliyinin poliknikasına İrəvanda yaşayan və hərbi hissələrdən birində müqaviləli hərbi qulluqçu kimi işləyən 40 yaşlı bir şəxs yerləşdirilib.
Hərbi qulluqçunun bədəninin müxtəlif yerlərində, o cümlədən üzündə xəsarətlər olub.
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib.
Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissənin hamam rəisi Aseryan, üç nəfər hərbi qulluqçu tərəfindən başqa bir hərbçinin cinsi və fiziki təzyiqə məruz qaldığının şahidi olub və bu barədə komandanlığa məruzə edib.
Bir gün sonra isə hadisə barədə məlumat verdiyinə görə hamam rəisi özü də fiziki təzyiqə məruz qalıb. Vəhşicəsinə döyüldüyünə görə Aseryan psixonevroloji dispanserə yerləşdirilib.
Həkimlərin dediyinə görə, başından çoxlu sayda ağır zərbələr alan Aseryan, artıq hərbi formalı şəxs görəndə özünü yerə çırparaq uşaq kimi ağlayır və gələcəkdə bu xəstəlikdən sağalması mümkün olmadığından, o ömrünün sonunadək psixonevroloji dispanserdə qalmalıdır.

* * *

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində “itən” müxtəlif silahların sonradan cinayətkar dəstələrin və terrorçuların əlinə keçməsi artıq adi hala çevrilib. Düşmən bölmələrinin birində daha bir avtomat silahının itməsi faktı aşkar edilib.
Silahın itməsi ilə bağlı araşdırmaya hərbi polislə birgə “osobıy otdelin” əməkdaşları da qoşulub. Məhz bundan sonra silah itən bölmədə xidmət edən hərbi qulluqçuların əsl problemləri başlayıb.
Xüsusi şöbənin əməkdaşları bölmənin hərbi qulluqçularını dilə tutaraq, özləri əvvəlcədən hazırladıqları izahatları imzalatdırmağa nail olublar. Hərbi qulluqçular “osobist”lər tərəfindən şantaj edildikdə isə aldandıqlarını anlayıblar, lakin artıq gec olub.


* * *

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində müxtəlif xəstəliklərə düçar olanların sayı artmaqda davam edir. Lakin hansı xəstəliyə yoluxmasından asılı olmayaraq erməni əsgərlərin müalicəyə göndərilməsi bir müşkülə çevrilib.
Ermənistan ordusunun əsgəri Boris Boğazaryanla uzun müddət əlaqə yarada bilməyən valideynləri hərbi prokurorluğa müraciət ediblər.
Prokurorluğun istintaq şöbəsinin əməkdaşı A.Qasparyan işə qarışdıqdan sonra məlum olub ki, o günlərdir xəstədir və taborun tibb məntəqəsində, yaxud bölükdə saxlanılır.
Özünə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirən hissə komandiri, prokurorluğun tələbi ilə əsgər B. Boğazaryanı hərbi hospitala göndərib.

* * *

Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi qulluqçular arasında bir-birinə qarşı zorakılıq, fiziki-cinsi təzyiqlər artıq adi hal alıb və bu tip hadisələrin sayı artmaqda davam edir.
Məlumata görə, xidmət yoldaşına qarşı zorakılıqda təqsirləndirilən 4 erməni hərbçi istintaqa cəlb olunub. Taborun Artur D. adlı əsgərinə qarşı nizamnamədənkənar hərəkətlərə yol verən Erik Xanperyan, Harutyun Minasyan, Albert Xaçatrayn və Qarnik Xaçatryan hərbi prokurorluğa aparılıblar.
Sentyabrın 12-də Ermənistanın Tavuş vilayətində ölümlə nəticələnən hadisə baş verib. Saat 11:30 radələrində İcevan polis bölməsinə məlumat daxil olub ki, Qandzakar kəndinin tövlələrindən birində asılmış cəsəd var.
21 yaşlı N. Armen öz evlərinin yanındakı tövlənin damının dirəyindən özünü iplə asaraq intihar edib.
Məlumata görə, sözügedən şəxs Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində qulluq edirmiş.
Ermənistan İstintaq Komitəsinin İstintaq İdarəsi Müdafiə Nazirliyinin Ordu Korpusunun şəxsi heyət bölməsinin zabiti tərəfindən vəzifəyə təyin edilməsi məqsədi ilə müxtəlif MN hərbi hissələrinin hərbi qulluqçularından külli miqdarda rüşvət alma faktı ilə başlanmış cinayət işinin ibtidai istintaqını başa çatdırıb.
İstintaqla əldə edilən məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyi “N” saylı Ordu Korpusu Qərargahının kapitanı M.S 2017-ci ilin iyundan 2018-ci ilin dekabr ayınadək hərbi hissələrin işə qəbulu, korpusların şəxsi heyətinin siyahıları və səlahiyyətlərinin həyata keçirilməsinə kömək etmək üçün vakant vəzifələrin mövcudluğu barədə rəsmi məlumatlı olmaq, yəni vəzifəyə təyin olunmaq üçün təkliflər vermək, xidmətə keçmək, lazımi sənədləri hazırlamaq, müzakirə zamanı müsbət rəy vermək, sənədləri rəhbərin imzasına təqdim etmək və vəzifəyə təyin edilməsi nəticəsində Ermənistan Müdafiə Nazirliyinin müxtəlif bölmələrinin hərbçilərindən şəxsən külli miqdarda rüşvət alıb.
Əldə olunmuş sübutlara əsasən, kapitan M.S-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 311-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi və 38-312-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.
Leytenant H.B isə Cinayət Məcəlləsinin 312-ci maddəsinin 2-ci bəndi ilə ittiham edilir.
Ermənistan Vayots Dzor vilayətinin İstintaq İdarəsi tərəfindən aparılan zəruri istintaq və digər prosessual əməliyyatlar nəticəsində Ermənistan MN-in hərbi hissəsinin zabitinə ağır bədən xəsarəti yetirmə halları aşkar edilib.


* * *

Sentyabr ayında Ermənistan Maliyyə Nazirliyi ordunun bəzi təchizatçılarının öhdəliklərini nöqsanlarla yerinə yetirdiklərini müəyyən edib.
Ermənistan Maliyyə Nazirliyinin rəsmi saytında yayımlanan məlumatlarda 2019-cu ildə ərzaq tədarükü ilə bağlı müqavilələrin səhlənkarlıqla icra edildiyi və pozulduğu görünür.
Ermənistan ordu sıralarından yeni təxris edilən hərbçilər, bir sıra erməni əsgərlərinin valideynləri Ermənistan ordusunda qida keyfiyyətinin dəyişmədiyini və ya ancaq bir neçə xüsusi hərbi hissədə dəyişdiyini, ümumiyyətlə çağırışçılar üçün verilən yeməyin hələ də yaxşı olmadığını bildirib.
Ermənistan Maliyyə Nazirliyinin məlumatlarından sonra məcbur olan Müdafiə Nazirliyi ordu təchizatçıları ilə 4 müqaviləni birtərəfli qaydada ləğv edib.
Ümumilikdə, 2019-cu ildə Ermənistan Müdafiə Nazirliyi misli görünməmiş sayda müxtəlif mal və xidmətlərin tədarükü üçün 28 müqaviləyə xitam verib.

* * *

Axşam saatlarında Vanadzor sakini 29 yaşlı Mikayel Yepremyan İrəvan
İşğal altında olan Qarabağın şimal-şərq hissəsində yerləşən döyüş mövqelərindən birində qulluq edən 2000-ci il təvəllüdlü əsgər, Hayk Vahe Xaçatryan qarın nahiyəsindən güllə yarası alaraq son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin istintaq nəticəsində məlum olub ki, hərbi qulluqçu saat 03:35 radələrində xidmət yoldaşı tərəfindən silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.
Yeri gəlmişkən, qeyd edilən şəxsin görmə problemləri olub və onun hərbi xidmətə çağırılması çoxlarını təəccübləndirib.

* * *

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində döyüş növbətçiliyi aparmaqdan imtina edənlərin sayı artmaqda davam edir.
Ermənistan ordusunun müqaviləli hərbi qulluqçuları Aşot Mxitiryan və Spartak Vartanyan üzləşdikləri haqsızlıq səbəbindən döyüş postuna qalxmaqdan imtina ediblər.


* * *

Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqdadır.
Kəşfiyyat bölüyünün taqım komandiri baş leytenant Qaqik Petrosyan 3 ay ərzində xidmət yerini 3 dəfə, müddətli hərbi qulluqçu Rafik Arşaluys isə 1 ay müddətinə xidmət yerini özbaşına tərk edib.
Hər iki hərbçi barədə cinayət işi başlanılıb. Hərbi qulluqçu R.Arşaluys həbs edilib, baş leytenant Q. Petrosyanın yaxınları isə külli miqdarda rüşvət müqabilində övladlarını həbsdən qurtara biliblər.

* * *

Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər zəminində daha bir cinayət hadisəsi qeydə alınıb.
İşğalçı ordunun müddətli hərbi qulluqçusu Artur Gevorqyan, hərbi qulluqçu Avetik Barberyana qarşı fiziki güc tətbiq edib.
Xidmət yoldaşı tərəfindən döyülən A. Barberyan müalicə məqsədilə hərbi tibb müəssisəsinə yerləşdirilib.

Sentyabrın 28-də işğal altında olan Qarabağın şimal hissəsində yerləşən qanunsuz hərbi hissələrin birinin döyüş mövqeyində naməlum şəraitdə erməni hərbi qulluqçu ölümcül güllə yarası alıb.
1999-cu il təvəllüdlü Arman Armeni Levonyan güllə yarası nəticəsində ölüb.

Cavid