Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA Cəmiyyət

Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

İyunun 30-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xalqcebhesi.az-a verilən xəbərə görə, 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Yağıntının miqdarı
Belə ki, düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Goranboy və Göyçayda 1 mm-dir.

Küləyin sürəti

Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 21, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənir.

Havanın temperaturu

Havanın maksimal temperaturu iyunun 29-da Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 35, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.