Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək
Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
Yeni tədris ilində Bakıda 504 mindən çox şagird təhsil alacaq, 35 mindən çox uşaq bağçaya gedəcək
4 Aprel 2022 09:50
10 507
“Bütün güləş həyatım boyu sadəcə medal almaq deyil, tarixə düşməyi arzulamışam”.
Apasport.az saytının məlumatına görə, bu sözlər Macarıstanın paytaxtı Budapeştdə keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatının qalibi olan Rafiq Hüseynova (82 kq) məxsusdur.
Klassik güləşdə üçüncü dəfə Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşən Hüseynov instaqram səhifəsi vasitəsilə paylaşım edib. O, gənc yaşlarında böyük uğurlar qazanmasına səriştəsiz məşqçilərin rəhbərliyi altında çalışmasının mane olduğunu bildirib: “Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilə qədər bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm. Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq Azərbaycan güləşçiləri sırasına düşəcək. Buna görə Allahıma şükür edib, qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Azarkeşlik etdiyiniz üçün hamınıza təşəkkür edirəm”.
Qeyd edək ki, Rafiq Hüseynov 2011-ci ildə Dortmundda, 2020-ci ildə isə Romada Avropa çempionu olub.
12:38
392
11 Sentyabr 22:33
1 379
11 Sentyabr 20:20
1 533