2 Aprel 2023 13:50
7 931
Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Suada Dilberoviç” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Trend Azərbaycan Gimnastika Federasiyasının feysbuk səhifəsinə istinadla xəbər verir ki, gimnastlarımız turnirdə 3 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. Alina Məmmədova 3 qızıl (çoxnövçülük, halqa, top), 1 gümüş (lent), 1 bürünc (gürzlər), Leyli Ağazadə 2 qızıl (gürzlər, lent), 2 gümüş (çondinövçülük), 1 bürünc (top), Mədinə Dəmirova əlavə 2 gümüş (top, gürzlər) və 3 bürünc (çoxnövçülük, lent, halqa) medala sahib olublar.
12:38
231
11 Sentyabr 22:33
1 365
11 Sentyabr 20:20
1 526