Rəsmi Kiyev bölgələrə daha çox səlahiyyətlər verəcək Dünya

Rəsmi Kiyev bölgələrə daha çox səlahiyyətlər verəcək

Ukrayna ölkənin federallaşması tələbləri ilə razılaşmayacaq, lakin yerli hakimiyyətlərə daha çox səlahiyyət verməyə hazırdır. APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bunu ötən gün NATO-Ukrayna Komissiyasının iclasının yekunlarına dair Ukrayna XİN rəhbəri vəzifəsini müvəqqəti icra edən Andrey Deşitsa deyib.
"Ukrayna heç zaman ölkənin federallaşmasına dair Rusiyanın tələblərinə uymayacaq. Biz sadəcə bölgələrə daha çox səlahiyyət verəcəyik", deyə Andrey Deşitsa deyib.