WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başladı
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTOLENT
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
12 İyun 2023 18:01
2 667
ABŞ İran məsələsində ciddidirsə, yaxın gələcəkdə məhbus mübadiləsinin şahidi ola bilərik.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.
“Əsirlərin dəyişdirilməsi ilə bağlı vasitəçilər vasitəsilə aparılan danışıqların nəticələrini gözləyirik”, - o qeyd edib.
Kənani mümkün nüvə sazişi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Hərtərəfli Birgə Fəaliyyət Planı və nüvə danışıqları prosesi ilə bağlı mövqeyimiz aydındır. İran heç vaxt danışıqlar masasını tərk etməyib və hər zaman ciddi hazırlığını nümayiş etdirib. Hökumət sanksiyaların aradan qaldırılmasına yönəlmiş diplomatik prosesləri heç vaxt dayandırmayıb”.
Sözçü Oman vasitəsilə baş tutan İran-ABŞ danışıqlarının gizli olmadığını deyib: “Omanda ABŞ tərəfi ilə bir neçə həftə əvvəl danışıqlar apardıq”.
Kənani qeyd edib ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planını əvəz etmək üçün müvəqqəti saziş və ya yeni razılaşmalar üzrə danışıqları təsdiq etmir.
11:27
812
11:24
1 596
16 May 11:14
1 603