Theresa May “yeni Margaret Tetçer“ olacaqmı? Dünya

Theresa May “yeni Margaret Tetçer“ olacaqmı?

Cavid

"Newsweek" məcmuəsi Britaniyanın iki qadın baş nazirini çox da müqayisə etməməyi məsləhət görür. Mühafizəkarlar Partiyasının liderlərindən keçmiş daxili işlər naziri Theresa May baş nazir kimi vəzifəsinin icrasına başlayır. Son günlər Britaniya mediası May-lə əfsanəvi "Dəmir ledi" Margaret Tetçerr arasında bənzərliklərin axtarışı ilə məşğuldur.
"Newsweek" məcmuəsində Eliza Filby yazır ki, Britaniya siyasətində sinif faktoru hələ də mühüm rol oynayır. Həm Tetçer, həm də May Britaniyada sayı 30-dan çox olmayan gimnaziyalarda təhsil alıblar. Bu mənada onların hər ikisi əksər üzvləri dövlət orta məktəblərini təmsil edən Mühafizəkarlar Partiyası ilə ziddiyyət təşkil edirlər. Bu iki qadın eyni zamanda Britaniyanın imkanklı orta sinfinin dəyər və gözləntilərini təcəssüm etdirirlər, halbuki Eton məktəbindən məzun olmuş David Cameron çətin, belə bir işin öhdəsindən gələydi.
Tetçer və May 10 nömrəli evə sahiblənənədək özlərini nazir vəzifələrində sınayıblar. Margaret Tetçer təhsil naziri olarkən bir sıra qeyri-populyar addımlar atıb. Orta məktəblərdə uşaqlara verilən pulsuz südü ləğv etdiyinə görə "Sun" qəzeti onu o vaxt "südçırpışdıran" adı ilə damğalamışdı. Theresa May də daxili işlər naziri postunda özünün tərsliyi və inadkarlığı ilə ad çıxarıb. Lakin iki lider arasında bənzərlik elə buradaca bitir.
Tetçer daha çox kollegiallığı ilə tanınırdısa, May bir az tənha fiqurdur. Theresa May parlamentin zəhərli ab-havasından ustalıqla yayına bilir və təhlilçilər bunu baş nazir vəzifəsi üçün mühüm xüsusiyyət hesab edirlər. Tetçerdən fərqli olaraq Mayin millət vəkilləri arasılnda öz çevrəsi yoxdur, lakin bununla belə, deyilənlərə görə o, hər bir deputatla uzun illər ərzində sakitcə ünsiyyət qura bilib. Ən mühümü budur ki, May də Tetçer kimi ələ düşən fürsəti, əgər belə bir fürsət varsa, itirməyən siyasətçilərdir.
"Newsweek" yazır ki, Tetçerə Mayin rəqibləri Boris Johnson və Michael Gove məhz bu xüsusiyyətlərə malik olmayıblar. Ümumilikdə, bir çox politoloqlar iki qadın lider arasında oxşarlıq axtarmamağa çağırırlar. Zəmanələr başqadır...